Qarabağ hərəkatı davam etdirilməməlidir - Paşinyan

19:47 01.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ermənistanda Qarabağ hərəkatı davam etdirilməməlidir".

Hafta.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Kremldə Rusiya lideri Vladimir Putinlə görüşündə bildirib.

Çünki İrəvan və Bakı arasında artıq sülh bərqərar olub:

"Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar".

"İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik, bu barədə Rusiyanın ali rəhbərliyi də iki dəfə açıq şəkildə bəyan edib", - Paşinyan əlavə edib.